CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəqliyyatda gedişhaqları artırılacaq?

© Sputnik / Murad OrujovBakuBus автобус
BakuBus автобус - Sputnik Azərbaycan
Abunə olmaq
Nəqliyyat nazirinin müavini Musa Pənahov məsələyə aydınlıq gətirib. O, həmçinin ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılmasının nəzərdə tutulduğunu deyib.

BAKI, 20 yan — Sputnik. "Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur".

Sputnik "APA-Economics"ə istinadla xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər necə var, elə də qalacaq.

"Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil", —nazir müavini qeyd edib.

M. Pənahov onu da bildirib ki, hazırda ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılması nəzərdə tutulur.

Xəbər lenti
0