BAKI, 20 yan — Sputnik. "Mənə İranla, yoxsa İŞİD-lə işləmək üçün təklif verilsə, mən İŞİD-i seçərdim". Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Moşe Yaalon deyib.
"Əvvəllər olduğu kimi İsrailin əsas düşməni yenə İrandır", —deyə Moşe Yaalon bildirib.
Onun sözlərinə görə, Tehran rəhbərliyi yenə əvvəlki əməllərindən əl çəkməyəcək: "Onlar bölgədəki əlaltılarını dəstəkləmək və onlara yardım etmək üçün yaxın gələcəkdə milyardlarla dollarlıq silah-sursat alacaqlar".