BAKI, 20 yan — Sputnik. Dövlət Gömrük Komitəsində (DGK) ixtisarların olacağı ilə bağlı yayılan informasiyalara aydınlıq gətirilib.
Sputnik "Report"a istinadən xəbər verir ki, DGK-nın sədr müavini Şahin Bağırov jurnalistlərə açıqlamasında bu haqda suala cavab verib.
"Hazırda gömrük sistemində ixtisarlar aparılması nəzərdə tutulmur. Bu, gələcəkdə ola bilər, lakin hazırda gündəmdə deyil", —deyə sədr müavini bildirib.
Xatırladaq ki, neftin qiymətinin düşməsi, manatın devalvasiyası və büdcə kəsirlərinin yaranması ilə bağlı, gömrük sistemində ixtisarlar aparılacağı barədə məlumatlar yayılıb. Hətta yayılan məlumatlar sırasında Dövlət Gömrük Komitəsinin ümumiyyətlə ləğv ediləcəyi və səlahiyyətlərinin digər qurumlar arasında bölüşdürüləcəyi də yer alır.