BAKI, 20 yan — Sputnik. Türkiyənin Şırnak vilayətində polislə terrorçular arasında baş verən qarşıdurmada bir polis şəhid olub.
Cizrə qəsəbəsində isə terrorçular tərəfindən qazılan xəndəklərin örtülməsi, barrikadaların qaldırılması və partlayıcıların məhv edilməsi üçün təhlükəsizlik qüvvələri tərəfindən təşkil edilən əməliyyatlar davam edir.
Sputnik haberler.com-a istinadən bildirir ki, Şırnakda PKK-nın 8 üzvü təslim olub. Bununla da, 2013-2016-cı illər arasanda təslim olan terrorçuların sayı 110-na çatıb.
Diyarbəkir vilayətində də türk ordusunun əməliyyatları davam edir. Bu gün səhər 4 PKK üzvünün zərərsizləşdirildiyi bildirilir.