BAKI, 20 yan — Sputnik. Yanvarın 24-25-də ATƏT Parlament Assambleyasının sədri İlkka Kanerva Azərbaycana səfər edəcək. Sputnik-in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
B.Muradova deyib ki, İ.Kanerva səfəri çərçivəsində Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. "Bu, ölkəmizə Dağlıq Qarabağ probleminin həlli və digər məsələlərlə bağlı mövqeyini çatdırması üçün gözəl imkandır", —B. Muradova deyib.