BAKI, 19 yan — Sputnik. 2016-cı il üçün Azərbaycanın dövlət büdcəsinin yeni layihəsi hazırlanır.
Sputnik-in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov dövlət televiziyasının efirində deyib.
E. Rüstəmov deyib ki, sənəd neftin yeni, real qiymətlərinə uyğunlaşdırılır: "Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək, yəni təsdiq olunmuş dövlət büdcəsindəki rəqəmdən 20 dollar aşağı".