BAKI, 19 yan – Sputnik. Yanvarın 18-i xalq artisti Brilliant Dadaşovanın "Sahil" metrosunun yaxınlığında, Üzeyir Hacıbəyov küçəsində yaşadığı mənzilini su basıb.
Sputnik musavat.com-a istinadən xəbər verir ki, buna səbəb yuxarı mərtəbədə yaşayan qonşunun qızdırıcı xəttlərinin partlaması olub. Hadisə baş verərkən qonşu evdə olmayıb.
Hadisə nəticəsində Brilliant Dadaşovanın mənzilinə ciddi ziyan dəyib. Saatlarla axan isti su evin təmirinə, əşyalarına zərər vurub. Mənzilin tavanı davamlı axan isti suyun təsirindən tökülüb. Ev tamamilə yararsız vəziyyətə düşüb.
Brilliant Dadaşovanın mətbuat katibi Hüseyn Cavadzadə məlumatı təsdiqləyib.
O, hadisə zamanı evdə heç kimin olmadığını bildirib:
“Bəli, doğrudur. Brilliant xanımın mənzilini su basıb. O zaman evdə heç kim yox idi. Elə bir problem yaranmayıb. Bu hadisə hər kəsin başına gələ bilər. “JEK” nümayəndələri hazırda bu işlə məşğuldurlar. Əşyalar yararsız haldadır. Yəqin ki, o da aradan qaldırılacaq”.