SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bir sıra sahələr vergidən azad edildi

Abunə olmaq
Milli Məclis bu gün keçirilən iclasında bəzi qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər qəbul edilib

BAKI, 19 yan — Sputnik. Milli Məclis bu gün "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında" və "Əmanətlərin tam sığortalanması haqqında" qanunlara, eləcə də Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Sputnik Trend-ə istinadən xəbər verir ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondunun üzv banklarında əhalinin əmanətləri depozitin məbləğindən asılı olmayaraq 3 il müddətinə sığortalanıb.

Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərə müvafiq olaraq, fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, faiz gəlirləri vergi ödənişindən azad edilir.

Vergilər nazirliyi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vergilər Nazirliyi 24 min sahibkarın vergi borcunu silib

Bundan başqa, "İnvestisiya təşviqi sənədi"ni almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin və hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50%-i 7 il müddətinə gəlir vergisindən azad edilir.

Həmçinin bu məcəlləyə edilən əlavələrə görə, "İnvestisiya təşviqi sənədi"ni almış hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — "İnvestisiya təşviqi sənədi"ni aldığı andan 7 il müddətinə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı — 2016-cı il yanvarın 1-dən 1 il müddətinə vergi ödənişindən azad edilir.

Vergilər Məcəlləsinə əlavə edilmiş yeni maddəyə görə isə, "İnvestisiya təşviqi sənədi"ni almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Parlament toplanır: hansı anti-böhran qərarları veriləcək?

Bundan sonra Azərbaycanda xaricə il ərzində 50 min dolları ötən pul köçürmələrinə 20 faiz həcmində icbari yığım tətbiq edilir. Bunu "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər nəzərdə tutur.

Dəyişiklilərə əsasən, bu, müalicə və təhsil xərcləri, xarici ölkələrin məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarının icrası ilə bağlı xaricə pul köçürmələrinə şamil edilməyəcək. 20 faiz həcmində icbari yığım qiymətli kağızların, daşınmaz əmlakın və torpaq sahələrinin alınması, eləcə də Azərbaycan şirkətlərinin xarici nümayəndəliklərinin saxlanılması üçün birbaşa investisiya qismində çıxarılan valyutaya da aid ediləcək. Bu yenilik əsas kapitalda dövlət payı 50 faizi ötən hüquqi şəxslərə şamil edilməyəcək.

Xəbər lenti
0