BAKI, 19 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci il ərzində elan etdiyi maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 513 layihəsinə 4 milyon 750 min 644 manat, 7 xarici quruma isə 504 min 670 manat vəsait ayırıb.
Sputnik-in məlumatına görə, bunu Şuranın 2015-ci ildəki fəaliyyəti haqqında hesabat konfransında Şura sədri Azay Quliyev bildirib.
A. Quliyev deyib ki, reallaşdırılan layihələr üzrə 847 nəfər əməkhaqqı alıb. O qeyd edib ki, QHT-lərin fəaliyyətində bir sıra qüsurlar da qeydə alınıb: “Müqavilə öhdəliklərinə əməl etməmiş 172 QHT-dən 58 min manat tutulub, 6 təşkilata isə qrantın ikinci tranşının ödənilməsindən imtina edilib. Bütövlükdə Şura qənaət edilmiş 337 min 431 min manat vəsaitin ilin sonunda dövlət büdcəsinə qaytarılması barədə qərar qəbul edib”.