BAKI, 18 yan — Sputnik. ABŞ-da yaşayan azərbaycanlı boksçu Emil İsrafilbəyov vəfat edib. Sputnik-in məlmatına görə, bu barədə Qol.Az saytına onun yaxınları bildiriblər.
"Emil Baku" ləqəbli idmançı beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, 1972-ci ildə Bakıda doğulan Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib.
Allah rəhmət eləsin!