CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının məşhur ticarət mərkəzində aksiya keçirilib

Abunə olmaq
"Binə" Ticarət Mərkəzində çalışan sahibkarlar rüsum və yer haqqının çoxluğundan şikayət edirlər: "Siyasi heç nə istəmirik, heç kimdən pul da istəmirik. Sadəcə yaşamaq istəyirik, nəfəs almaq istəyirik"

"Bizim aksiyamız dövlətə qarşı deyil, balalarımızın evdə ac qalmaması üçündür. Siyasi heç nə istəmirik, heç kimdən pul da istəmirik. Sadəcə yaşamaq istəyirik, nəfəs almaq istəyirik". 

Bu sözləri bu gün Sputnik-in əməkdaşı ilə söhbətində "Binə" Ticarət Mərkəzində dinc aksiya keçirən sahibkarlardan biri — Etibar Əhmədov deyib. Gətirdikləri hər mala görə gömrükdə onlardan 36% haqq tələb edildiyini deyən sahibkarlar, belə dərəbəyliyin heç Afrikada da olmadığını bildiriblər.

"Bu cür qeyri-insani rəftar dünyanın heç bir ölkəsində yoxdur. Təsəvvür edin, 10 min manatlıq mal gətirəndə, gömrükdə elə yerindəcə 3600 manat haqq ödəməliyik. Yer pulu, bazar pulu və vergini də buna əlavə edəndə hər on minlik mala görə 7 min manat rüsum ödəyirik", —deyə E. Əhmədov bildirdi.

Onun sözlərinə görə, sonda da rüsumlara ödədikləri pulları çıxarmaq üçün qiymət artımına məcbur qalırlar: "Bu da qeyri-mümkündür. Çünki insanlar avam deyil ki, 5 manatlıq parçaya 35 manat versinlər. Bir sözlə, bizə dolanmağa imkan verilmir".

Digər orta və xırda sahibkarlar da, mövcud vəziyyətdən təngə gəldiklərini söyləyiblər. Nail Turabov də onlardan biridir. O, obyekt özünün olmasına baxmayaraq, hər ay üçün 1000 manat yer pulu ödədiyini, bundan əlavə, bazar pulu, vergi və digər rüsumlar ödəməyə məcbur edildiyini qeyd edib.

"Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın bu gün səhər — aksiya keçirilən zaman hadisə yerinə gəldiyini bildirən sahibkar, yer pulu barədə heç bir kəlimə də edilmədiyini söylədi: "Ya yer pulunu azaldıb, 500 manat eləsinlər, ya da gömrük rüsumunu yarıya endirsinlər. Yoxsa burda vəziyyət daha da pisləşəcək".

Hazırda "Binə"də obyektlərin böyük əksəriyyəti bağlıdır. Sahibkarlar bu cür dinc aksiya keçirməklə haqqlarını tələb edirlər. Lakin Ticarət Mərkəzinin rəhbərliyi yer pulu ilə bağlı geri addım atılmayacağını bildirib. Məhz bu açıqlamadan sonra bəzi xırda sahibkarlar evlərinə çörəkpulu apara bilmək üçün geri qayıdaraq obyektlərini açıblar.

© Sputnik / Murad OrucovSahibkar: "Rüsumlara ödədiyimiz pulları çıxarmaq üçün qiymət artımına məcbur qalırıq ki, bu da qeyri mümkündür".
Vəziyyətdən narazı sahibkarlar - Sputnik Azərbaycan
1/8
Sahibkar: "Rüsumlara ödədiyimiz pulları çıxarmaq üçün qiymət artımına məcbur qalırıq ki, bu da qeyri mümkündür".
© Sputnik / Murad OrucovBinə Ticarət Mərkəzinin girişi.
Ticarət mərkəzinin əsas girişi - Sputnik Azərbaycan
2/8
Binə Ticarət Mərkəzinin girişi.
© Sputnik / Murad OrucovFəaliyyətini dayandırmış dükanlar sırası.
Əksər dükanlar fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalıb - Sputnik Azərbaycan
3/8
Fəaliyyətini dayandırmış dükanlar sırası.
© Sputnik / Murad OrucovHazırda Binə ticarət mərkəzində obyektlərin böyük əksəriyyəti bağlıdır.
Binə ticarət mərkəzində sahibkarlar yerpulunun baha olmasından şikayətçidirlər - Sputnik Azərbaycan
4/8
Hazırda Binə ticarət mərkəzində obyektlərin böyük əksəriyyəti bağlıdır.
© Sputnik / Murad OrucovDaha bir boş qalmış dükan.
Orta və xırda sahibkarlar da mövcud vəziyyətdən təngə gəldiklərini deyirlər - Sputnik Azərbaycan
5/8
Daha bir boş qalmış dükan.
© Sputnik / Murad OrucovTicarət mərkəzinin rəhbərliyi yer pulu ilə bağlı geri addım atılmayacağını bildirib.
Xalı dükanı - Sputnik Azərbaycan
6/8
Ticarət mərkəzinin rəhbərliyi yer pulu ilə bağlı geri addım atılmayacağını bildirib.
© AP Photo / Murad OrucovDaha bir sahibkarlıq obyekti.
Boş qalmış xalça evi - Sputnik Azərbaycan
7/8
Daha bir sahibkarlıq obyekti.
© Sputnik / Murad Orucovİndi belə elanları ticarət mərkəzindəki əksər dükanların üzərində görmək olar.
Sahibkarlar ticarət mərkəzində dinc aksiya keçiriblər - Sputnik Azərbaycan
8/8
İndi belə elanları ticarət mərkəzindəki əksər dükanların üzərində görmək olar.
Xəbər lenti
0