Sadə ruslar və ziyalılar "20 Yanvar"la bağı Azərbaycan xalqının yanında idilər

© Sputnik / Murad OrucovCahangir Nəcəfov, Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri
Cahangir Nəcəfov, Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri Cahangir Nəcəfovun sözlərinə görə, rus ziyalıları SSRİ rəhbərliyinin 20 Yanvar cinayətini kəskin pisləyirdilər.

BAKI, 18 yan — Sputnik. Ermənistandan qovulan azərbaycanlılar 1988-ci ilin sonlarında Moskvada piket keçirən zaman sadə ruslar, həmçinin elit təbəqənin nümayəndələri aksiyada bizimkilərin tərəfindən çıxış edirdilər. Yəni, Mixail Qorbaçovu ruslar da sevmirdi və onun ədalətsiz olduğunu bilirdi. Onlar bilirdilər ki, Qorbaçov Azərbaycanın düşmənidir. Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri Cahangir Nəcəfov Sputnik Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bu fikirləri işlədib.

Onun sözlərinə görə, 20 yanvar hadisəsindən bir neçə gün sonra hazırda Rusiya Federasiya Şurasının sədri olan Valentina Matviyenkonun başçılıq etdiyi SSRİ Ali Sovetinin bir qrup deputatı vəziyyəti yerində öyrənmək üçün Azərbaycana gəlib.

"Onlar yerində vəziyyətlə tanış olaraq Azərbaycan xalqının yanında olduqarını bildirdilər və vəziyyəti olduğu kimi SSRİ Ali Soveti rəhbərliyinə çatdıracaqlaırını qeyd etdilər. Həmin qrupa tanınmış ziyalılar, o cümlədən Parlamentlərarası işçi qrupunun nümayəndələri, gələcəkdə Rusiya rəhbərliyində təmsil olunan şəxslər daxil idilər. Qrup üzvləri sonradan öz iclaslarında SSRİ rəhbərliyinin bu addımını kəskin pisləmişdilər", — deyə Nəcəfov bildirib.

Xəbər lenti
0