Bu böcək dişlədiyi adamı vegeterian edir

© iflscience.comLone star böcəyi
Lone star böcəyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Lone Star" adı verilən böcək dişlədiyi qurbanının qida vərdişlərini dəyişdirir.

BAKI, 17 yan — Sputnik. Vegeterian söz mənasıyla ət yeməyən deməkdir. Ət, toyuq, balıq, qatıq, süd, yumurta istehlak etməyənlərə vegan deyilir. 

Son illərdə veganların da ortaya çıxmasıyla vegeterian olub olmamaq ictimai həyatda böyük müzakirələr yaradan bir mövzuya çevrilib. Belə bir dövrdə bir böcək kəşf edilib ki, bəlkə də çox adamın həyatını dəyişdirə bilər.

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, "Lone Star" adı verilən bir böcək növü, dişlədiyi qurbanının qida vərdişlərini dəyişdirir. Araşdırmalar zamanı məlum olub ki, olduqca güclü zəhər daşıyan “Lone Star” qurbanlarını dişlədikdə onların əvvəlcə tənəffüs sistemlərində problemlər yaradır. Qan təzyiqini dəyişdirir və ət yediyi zaman allergik şok yaşamasjına səbəb olur. Bu, böcəyin əslində bir müdafiə silahıdır. Özünü yeməsindən qorxduğu canlıları dişləyərək özünü müdafiə edir. 

Əslində bu zəhər “Alpha-gal” adı verilən bir şəkər fermentidir  və insan bədənində yoxdur. Bu səbəbdən qana qarışdığı anda bədənimiz ona qarşı reaksiyalar göstərir. Çünki, bu şəkər fermenti ət kimi qidalara qarşı reaksiya yaradır. İmmunitet sistemimiz bu xarici fermenti bədəndən atmaq üçün mübarizə aparır. Bu zaman ət yediyiniz üçün peşman olacaq qədər narahatlıq keçirəcəksiniz. 

Xəbər lenti
0