ABŞ-dan ikibaşlı İran açıqlaması

© infoaccent.netДжош Эрнест
Джош Эрнест - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev: Beynəlxalq Atom Enerji Təşkilatı müqaviləni təsdiq edənə qədər İrana tətbiq olunan sanksiyalarda hər hansı bir yumşalma olmayacaq.

BAKI, 16 yan – Sputnik. Amerika Birləşmiş Ştatları, İranın nüvə razılaşmasının şərtlərilə bağlı öhdəlikləri yerinə yetirməsini “əhəmiyyətli irəliləyiş” adlandırıb.

Ağ Ev spikeri Coş Ernest (Josh Earnest) İranın nüvə işlərinə müstəqil təşkilatlar tərəfindən nəzarətin davam etdirilməsini vacib hesab edib.

İranla bağlı sanksiyalara toxunan Ernest deyib:

“Beynəlxalq Atom Enerji Təşkilatı müqaviləni təsdiq edənə qədər İrana tətbiq olunan sanksiyalarda hər hansı bir yumşalma olmayacaq. Razılaşmalar planlı şəkildə həyata keçiriləcək”.

Beynəlxalq Atom Enerji Təşkilatının nüvə razılaşması ilə bağlı son hesabatı bü gün yayınlanacaq. Hesabatda İranın nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyi yer alacaq. 

Xəbər lenti
0