Baş nazir istefa verməyə məcbur oldu

© Sputnik / Илья Питалев / Mediabanka keçidMakedoniyanın paytaxtı Skopye şəhəri
Makedoniyanın paytaxtı Skopye şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumətin korrupsiyaya bulaşmasında təqsirləndirilən Qruevskinin 20 min siyasətçi və jurnalisti qeyri-qanuni dinlədiyi iddia olunur.

BAKI, 16 yan – Sputnik. Makedoniyadakı daxili siyasi böhran Baş nazir Nikola Qruevskini istefa verməyə məcbur edib.

10 ilə yaxındır ki, iqtidarda olan 45 yaşlı Qruevski paytaxt Skopyedə aprel ayında erkən parlament seçkilərinə getmək üçün istefa etdiyini açıqlayıb. O, son çıxışında “öhdəlikləri yerinə yetirməyin vaxtıdır” deyib.

Hökumətin korrupsiyaya bulaşmasında təqsirləndirilən Qruevskinin 20 min siyasətçi və jurnalisti qeyri-qanuni dinlədiyi iddia olunur. İddianın sahibi müxalif İctimai Demokrat Partiyasının (SDSM) rəhbəri Zoran Zaevdir.  

Hökumət də əvəzində SDSM lideri Zoran Zaevi casusluq etmək və ölkə sabitliyini pozmaqda təqsirləndirilib.

Xəbər lenti
0