Vyanada İran-Qərb görüşü keçiriləcək

© tehrantimes.comMəhəmməd Zərif
Məhəmməd Zərif - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar maliyyə nazirliyi İrana qarşı sanksiyaların ardıcıl olaraq ləğv ediləcəyini bildirib.

BAKI, 16 yan – Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin nüvə proqramı üzrə danışıqlar aparmaq üçün Vyanaya yollanıb. 

Sputnik İran mətbuatına istinadən bildirir ki, bu gün keçiriləcək danışıqlarda ABŞ dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də iştirak edəcək.

Dünən Birləşmiş Ştatlar maliyyə nazirliyi İrana qarşı sanksiyaların ardıcıl olaraq ləğv ediləcəyini bildirib. Buna səbəb rəsmi Tehranın bu ilin iyununda əldə olunan nüvə razılığına əməl etməsidir.

Xəbər lenti
0