BAKI, 15 yan — Sputnik. Brent markalı neft 2004-cü ilin fevralından bəri ilk dəfə 29 dollardan aşağı düşüb.
"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 21:35 üçün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 6,49% azalaraq 28,88 dollaradək düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 6,41% ucuzlaşaraq 29,20 dollar təşkil edib.