Dövlət Bayrağı Meydanı İdarəsi tarixə qovuşdu

© Sputnik / Murad OrucovDövlət Bayraq Meydanı
Dövlət Bayraq Meydanı - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında fərman imzalayıb.

BAKI, 15 yan — Sputnik. Azərbaycan Prezidenti Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında fərman imzalayıb.

Sputnik xəbər verir ki, sənədlə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

Sərəncama əsasən, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti, Kompleksin fəaliyyətinin təmin olunması, habelə Kompleksə dair proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və kompleksin perspektiv inkişafının təmin olunması Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin vəzifə və hüquqları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə verilib.

Nazirlər Kabineti bu fərmanın 1-ci və 2-ci hissələrini nəzərə alaraq, Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamənin yeni layihəsini, habelə İdarənin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti bir ay müddətində Bakı şəhərindəki dənizkənarı bulvarın ərazisinin hüdudlarını dəqiqləşdirib yenidən təsdiq etməlidir və onun ərazisində yerləşən bütün tikililərin, qurğuların, məişət və digər obyektlərin siyahısını müəyyən etməlidir..

Eyni zamanda, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə verilməsini bir ay müddətində həll etməlidir.

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidiir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Xəbər lenti
0