BAKI, 15 yan — Sputnik. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunub.
Oqtay Şahbazov onadək Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsi 2005-ci ilin oktyabrından hazırda həbsdə olan Akif Muradverdiyevin bu postdan azad olunması ilə boş qalmışdı.
Akif Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. 2012-ci ilin iyun ayında tutulan Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunub.
Oqtay Şahbazov Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun atasıdır.