CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir 664 vətəndaşı qəbul edib

© Photo : REPORTSəlim Müslümov - Əmək və əhalinin sosial müdafiəsi
Səlim Müslümov - Əmək və əhalinin sosial müdafiəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri tərəfindən ötən il 26145 nəfər vətəndaş fərdi qaydada qəbul edilib

BAKI, 15 yan — Sputnik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin operativ və obyektiv cavablandırılması diqqətdə saxlanılır. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu istiqamətdə tədbirlərin davamı olaraq, ötən il nazirliyin rəhbər şəxsləri və məsul əməkdaşları tərəfindən 26145 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətlərinə baxılıb. Həmin şəxslərdən 25633 nəfərini nazirliyin "Qəbul otağı"na müraciət edənlər təşkil edib.

Əmək müqaviləsi - Sputnik Azərbaycan
İş yerlərində 14769 halda əmək qanunvericiliyinin pozulduğu aşkarlanıb

Vətəndaşlardan 664 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən nazirlikdə (152 nəfər) və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəllərinə uyğun olaraq bölgələrdə keçirilən qəbullar zamanı (512 nəfər) fərdi qaydada qəbul edilib. Digər vətəndaşların müraciətlərinə isə nazir müavinləri, aparat rəhbəri və nazirliyin məsul əməkdaşları tərəfindən baxılıb.

Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara dolğun hüquqi izahatlar verilib. Hesabat dövründə nazirliyin "Qəbul otağı" yenidən qurularaq, burada vətəndaşların rahat şəkildə müraciət edərək qəbul olunmaları və müraciətlərinə baxılması üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Xəbər lenti
0