Bakıda mənşəyi məlum olmayan heyvandarlıq məhsulları aşkarlanıb

Kolbasa
Kolbasa - Sputnik Azərbaycan
Abunə olmaq
DBNX: Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

BAKI, 14 yan — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən "Zirvə" kolbasa məmulatları sexində reyd keçirib. 

DBNX-nin mətbuat xidmətindən Sputnik-ə məlumat verilib ki, reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və  yararlığı şübhə doğuran, haradan alınması və  sağlamlığı barədə baytarlıq arayışı olmayan  675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş, 450 kq  toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkarlanıb. 

Mənşəyi məlum olmayan, sağlamlığı şübhə doğuran yuxarıda qeyd olunan məhsullardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və  sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan hüquqi və fiziki şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək. 

Xəbər lenti
0