Leyla Əliyevanın əkdiyi ağacları çıxarıb yerində bina tikirlər

© AZƏRTACЛейла Алиева
Лейла Алиева - Sputnik Azərbaycan
Abunə olmaq
Novella Cəfəroğlu: Nəsimi rayonunun icra başçısı 5-ci mikrorayonda Leyla Əliyevanın öz əlləri ilə əkdiyi ağacları çıxarıb, yerində 2 evin tikintisinə icazə verib.

BAKI, 14 yan-Sputnik. Nəsimi rayonunda, 5-ci mikrorayonda H.Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əkdiyi ağacları çıxarıb, yerində bina tikməyə başlayıblar.

Sputnik-in məlumatına görə, bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iştirakı ilə "İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu" mövzusunda keçirilən Dəyirmi Masada deyib.

"Bu günlərdə Nəsimi rayonunda, 5-ci mikrorayonda Leyla Əliyevanın əkdiyi ağacları çıxarıb, yerində 2 ev tikirdilər. Həmin yeri rayon İcra Hakimiyyəti satmışdı. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik, o tikintilərin qarşısını aldıq. Amma artıq Leyla Əliyevanın öz əlləri ilə əkdiyi ağaclar qırılmışdı. Leyla Əliyeva ağac əkir, icra başçısı da onları çıxardıb yerində bina tikilməsinə icazə verir" — deyə Cəfəroğlu bildirib.

Xəbər lenti
0