BAKI, 14 yan — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.
Rayonlarda isə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.