BAKI, 14 yan — Sputnik. Dövlət Statistika Komitəsinin qarşısındakı dairənin dəyişdirilməsi ilə bağlı NİİM təklif verib və bunun üzərində ciddi iş gedir.
Bu barədə Sputnik Beynəlxalq Mətbuat mərkəzində keçirilən mətbuat konfransında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Şəfa Mehmanqızı bildirib.
"O ərazidə ciddi problem var. Həmin kəsişmədə bir neçə yol birləşir və bu sürücülərlə piyadalara ciddi problem yaradır. Biz bu problemin aradan qaldırılmasına çalışırıq", deyə Mehmanqızı əlavə edib.