BAKI, 14 yan — Sputnik. Bu ildən Bakı Beynəlxalq avtovağzalında biletlərin online alınması işlərinə başlanılacaq. Bu barədə Sputnik Beynəlxalq Mətbuat mərkəzində keçirilən mətbuat konfransında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu praktikanın rayonlarda da tətbiqi nəzərdə tutulub.