CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

NİİM rəsmisi: hamı istəyir ki evinin qarşısında marşruta minib birbaşa şəhərə gəlsin

© sputnik. Murad OrucovŞəfa Mehmanqızı - NİİM-in mətbuat xidmətinin rəhbəri
Şəfa Mehmanqızı - NİİM-in mətbuat xidmətinin rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il paytaxtda marşrut xətlərinin dəyişdirilməsinin səbəbi "Baku Bus" şirkətinin fəaliyyətə başlamasıdır. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Şəfa Mehmanqızı bildirib.

BAKI, 14 yan — Sputnik. Ötən il "Baku Bus" fəaliyyətə başladığı üçün bir neçə marşrut xətləri dəyişdirildi. Bu barədə Sputnik Beynəlxalq Mətbuat mərkəzində keçirilən mətbuat konfransında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Şəfa Mehmanqızı bildirib.

O qəsəbə və kəndlərdən gələn marşrutlarla bağlı narazılığa da toxunub.

"Kənd və qəsəbədən gələn avtobusların birbaşa şəhərə gəlməsi şəhərdə ciddi tıxaclara səbəb olurdu. Əlbəttə, hər kəs istəyir ki evinin qarşısında marşruta minsin və birbaşa şəhərə gəlsin. Amma işi fərdi istəyə görə təyin etmək olmur", deyə o bildirib.

İşıqforlarla bağlı məsələyə toxunan Mehmanqızı bildirib ki, onların bir hissəsinə NİİM, digər hissəsinə Bakı siqnal idarəsi nəzarət edir.

"Bu ildən etibarən işıqforların bir mərkəzdən idarə olunması gündəmdə olacaq", deyə o fikrini yekunlaşdırıb.

Xəbər lenti
0