BAKI, 14 yan — Sputnik. 2015-ci il NİİM üçün uğurlu oldu. Bu barədə Sputnik Beynəlxalq Mətbuat mərkəzində keçirilən mətbuat konfransında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Şəfa Mehmanqızı bildirib.
"2015-ci ildə NİİM daha fəal işlədi. NİİM bu il bir neçə təklifi aidiyyatı qurumlara icra etdirməyə müvəffəq oldu. Bu təkliflər nəqliyyat vasitələrinin rahat hərəkətinə şərait yaratdı. NİİM az saytında təkliflər bölməsi yaratmışıq. 2016-cı il üçün yeni planlar olacaq. İctimaiyyətə bu barədə ətraflı məlumat veriləcək", deyə o əlavə edib.