BAKI, 14 yan — Sputnik. İndoneziyanın paytaxtı Cakartada bir necə yerdə ardıcıl partlayışlar törədilib, 6 nəfər ölüb.
Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə səhər saatlarında şəhərin müxtəlif yerlərində təxminən 6 partlayış baş verib. İlkin məlumata əsasən, hadisələr aralarında kamikadzelərin də olduğu 10-14 nəfərlik qrup tərəfindən təşkil olunub. Terrorçular böyük ticarət mərkəzini, insanların çox olduğu yerləri və bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklərinin yerləşdiyi əraziləri hədəfə alıblar. Həlak olanlar arasında polis zabiti də var. Terrorçular zabiti güllələyiblər.
Yaralıların sayı dəqiqləşdirilir.
Hüquq-mühafizə orqanları hadisədə İŞİD terror qruplaşmasının əlinin olub-olmadığını araşdırır.