CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai nəqliyyatda gediş haqları artırılır?

© Sputnik / Murad OrujovBakuBus avtobus
BakuBus avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Tarif Şurası "Bakı Metropoliteni" QSC də daxil olmaqla, ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib

BAKI, 13 yan — Sputnik. Tarif Şurası "Bakı Metropoliteni" QSC də daxil olmaqla, ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev APA-ya açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

"Tarif Şurasına metro və ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciət daxil olmayıb. Hazırda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif Şurasında müzakirə olunmur".

Xəbər lenti
0