"Görüş yerini dəyişmək olmaz"

© Sputnik / Dmitry Korobeynikov / Mediabanka keçidArkadi Vayner
Arkadi Vayner - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün qardaşı ilə birgə "Mərhəmət erası" əsərini yazmış Arkadi Vayner anadan olub. 1979-cu ildə bu əsərin əsasında "Görüş yerini dəyişmək olmaz" filmi çəkilib.

BAKI, 13 yan — Sputnik. 1931-ci il yanvarın 13-də məşhur rus-sovet yazıçısı, ssenarist və dramaturqu Arkadi Aleksandroviç Vayner (1931 — 24.4.2005) anadan olub. 

Qardaşı Georgi Vaynerlə birgə məşhur detektiv əsərlərin müəllifidir. Əsərləri arasında “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası”, “Cəlladın incili” və s. göstərmək olar.

Azərbaycan tamaşaçıları onu daha çox populyar "Görüş yerini dəyişmək olmaz" filmi ilə tanıyırlar. Sovet rejissoru Stanislav Qovoruxin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" əsəri əsasında çəkib. 

1988-ci ildə Vayner qardaşlarının birgə yazdıları romanların ümumi tirajı 1 milyon nüsxəni keçib.

Xəbər lenti
0