Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İran-Səudiyyə gərginliyi müzakirəyə çıxarıldı

© Sputnik/Murad Orucov"Cənubi Qafqaz" politoloqların diskussiya klubu
Cənubi Qafqaz politoloqların diskussiya klubu - Sputnik Azərbaycan
Abunə olmaq
"Cənubi Qafqaz" politoloqların diskussiya klubu "Səudiyyə-İran münasibətlərində böhran və onun bölgədəki siyasi və dini proseslərin inkişafına təsiri" mövzusunda iclas keçirib

BAKI, 12 yan — Sputnik. Yanvarın 12-də Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqların diskussiya klubunun 40-cı iclası keçirilib. Sputnik xəbər verir ki, iclasın mövzusu "Səudiyyə-İran münasibətlərində böhran və onun bölgədəki siyasi və dini proseslərin inkişafına təsiri" olub.

Tədbir iştirakçıları sünnilər və şiələr arasında münaqişə yaratmaq cəhdlərini, həmçinin bu prosesin daha təhlükəli olan məqamlarını təhlil ediblər. Klubun iclasında politoloqlar Fikrət Sadıxov, Tofiq Abbasov və Rasim Ağayev iştirak ediblər. Tədbirin moderatoru politoloq İlqar Vəlizadə olub.

Tədbir zamanı politoloqlar vəziyyətin mürəkkəbliyindən və hadisələrə proqnoz verilməsinin çətinliyindən danışıblar. Diqqətə çatdırılıb ki, xüsusilə yaranmış vəziyyətə xarici qüvvələr kifayət qədər müdaxilə edir və ona görə bəzi prosesləri idarə etmək qeyri-mümkün olur.

Politoloq Tofiq Abbasov bu proseslərdə Qərbin destruktiv mövqeyindən danışaraq bildirib ki, Qərb bu mürəkkəb bölgədə öz mövqeylərini güdür və müxtəlif layihələr adı ilə prosesləri modelləşdirməyə cəhd göstərir.

"Belə ki, böyük Yaxın Şərq layihəsi artıq bir neçə ildir ki, intensiv olaraq həyata keçirilir və bunun nəticəsində artıq bir neçə ölkədə nəinki mövcud siyasi rejimlər də dəyişdirilib, hətta bəzi ölkələr öz mövcudluğunu itirə bilər. Belə bir mənzərə yaranır ki, əsas hədəf illər öncə yaranmış sərhədləri dəyişdirmək və yeni oyunçular yaratmaqdır", —T.Abbasov deyib.

Politoloq Rasim Ağayev yuxarıda deyilən fikirlərlə ümumən razılaşaraq bəzi qeydlər də əlavə edib. O, bildirib ki, Qərb diplomatiyası bir çox hallarda regionun xüsusiyyətlərini nəzərə almadan burada müxtəlif səpkili planlar həyata keçirir ki, bunların böyük bir qismi problemlərin yaranmasına gətirib çıxarır: "Səudiyyə Ərəbistan ilə İran qarşıdurması isə müəyyən dərəcədə ayrı-ayrı siyasi mərkəzlər tərəfindən modelləşdirilərək regiona tətbiq olunur və bunun da çoxlu riskli məqamları var".

R.Ağayevin sözlərinə görə, bu məqamlar kifayət qədər öyrənilib və özü-özlüyündə bu hal hesablanmamış risklərin yaranmasına gətirib çıxara bilər: "Əlbəttə burada məzhəb qarşıdurmasından istifadə etmək istəyən qüvvələr yaddan çıxardırlar ki, bu, müsəlman ölkələri mühitində çox ciddi dağıdıcı sosial və siyasi proseslərin əmələ gəlməsinə gətirib çıxardacaq. Bu, proseslərdən kənardan dayanan ölkələrə də təsir edə bilər".

Politoloq Fikrət Sadıxov bu fikirlərlə razılaşaraq bildirib ki, əslində vəziyyət region üçün yeni deyil: "1988-ci ildə Səudiyyə Ərəbistanı ilə İran arasında təxminən buna oxşar böhran yaşanıb. Bu böhran nəticəsində iki ölkə arasında olan diplomatik əlaqələr kəsilib. Lakin, bir neçə ildən sonra baş verən İraq tərəfindən Küveytin işğalı və hər iki tərəfin bu işğala mənfi münasibət bildirməsi, anti-İraq koalisiyasını dəstəkləməsi onların mövqelərini yaxınlaşdırıb. Tədricə bu siyasi böhran aradan qaldırılıb".

© Sputnik/Murad Orucov"Cənubi Qafqaz" politoloqların diskussiya klubunun 40-cı iclası
Cənubi Qafqaz politoloqların diskussiya klubunun 40-cı iclası - Sputnik Azərbaycan
1/5
"Cənubi Qafqaz" politoloqların diskussiya klubunun 40-cı iclası
© Sputnik/Fuad HəsənovÖtən il 70 illiyini qeyd edən Fikrət Sadıxovu politoloqlar təbrik ediblər
Ötən il 70 illiyini qeyd edən Fikrət Sadıxovu politoloqlar təbrik ediblər - Sputnik Azərbaycan
2/5
Ötən il 70 illiyini qeyd edən Fikrət Sadıxovu politoloqlar təbrik ediblər
© Sputnik/Fuad HəsənovSputnik Azərbaycan politoloq Fikrət Sadıxovu 70 illiyi münasibətilə təbrik edib
Sputnik Azərbaycan politoloq Fikrət Sadıxovu 70 illiyi münasibətilə təbrik edib - Sputnik Azərbaycan
3/5
Sputnik Azərbaycan politoloq Fikrət Sadıxovu 70 illiyi münasibətilə təbrik edib
© Sputnik / Fuad HasanovPolitoloq Tofiq Abbasov
Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
4/5
Politoloq Tofiq Abbasov
© Sputnik/Fuad HəsənovPolitoloq Rasim Ağayev
Politoloq Rasim Ağayev - Sputnik Azərbaycan
5/5
Politoloq Rasim Ağayev
1/5
"Cənubi Qafqaz" politoloqların diskussiya klubunun 40-cı iclası
2/5
Ötən il 70 illiyini qeyd edən Fikrət Sadıxovu politoloqlar təbrik ediblər
3/5
Sputnik Azərbaycan politoloq Fikrət Sadıxovu 70 illiyi münasibətilə təbrik edib
4/5
Politoloq Tofiq Abbasov
5/5
Politoloq Rasim Ağayev

F.Sadıxov hesab edir ki, indi tam fərqli bir vəziyyət yaranıb: "Belə bir vəziyyətdə xarici qüvvələrin maraqlı olması yaxın perspektivdə vəziyyətin tənzimlənməsində köklü dəyişikliklər vəd etmir".

Politoloq İlqar Vəlizadə qeyd edib ki, bu münqaişənin inkişafı Azərbaycan kimi ölkələrə də mənfi təsir göstərə bilər: "Belə ki, regionda vəziyyəti qarışdırmaq istəyən qüvvələr məzhəb qarşıdurmasından istifadə edərək daxili stsabilliyi pozmağa cəhd göstərə bilərlər".

Onun sözlərinə görə, artıq bunun elementləri də özünü biruzə verir: "Belə bir vəziyyətdə Azərbaycan hər hansı bir münaqişə tərəfini dəstəkləməməklə özünün bu münaqişədən kənar qoymalı və beləliklə mövcud risklərdən maksimum dərəcədə sığortalanmış ola bilər".

Tədbir çərçivəsində ötən il 70 illiyini qeyd edən Fikrət Sadıxovu politoloqlar təbrik edərək onun fəaliyyətinə nəzər salıblar və zəngin həyata yolunun müəyyən məqamlarına toxunublar.

Xəbər lenti
0