Olya Kroytor 1986-cı ildə Moskvada anadan olub. O, Moskva Dövlət Pedaqoji Universitetinin rəssamlıq və qrafika fakültəsində (2003-2008), "Azad emalatxanalar" Moskva Müasir İncəsənət Muzeyində (2007), eləcə də Müasir İncəsənət Problemləri İnstitutunda (2009) təhsil alıb. 2012-ci ildə "Gənc rəssam" kateqoriyasında Kandinski mükafatının nominantıdır, 2014-cü ildə Kuryoxin mükafatının "İctimai məkanda incəsənət" nominasiyasında şort-listinə düşüb.
Olya Kroytorun işləri şəxsi narahatlıqla hisslərin və qorxuların ardıcıl araşdırmasıdır. Onun daxili axtarışları sanki reallaşdırılmış iş şəklində "stop-kadrla" dayanır. Bu isə cari düşüncənin vizual əksi, emosional axtarış məkanınan xarici təsirin nəticəsidir. İşlərdə izləyiciyə şəxsi anlama və təcrübə optikası vasitəsilə müəllif hissləri məkanına yüklənməyi təklif edən müəllifin həssas ismarıcı şifrələnib. Rəssam axtarışlarında iradə, inad və ardıcıllıq nümayiş edir. Çürümə, ölmə, yadlıq mövzusu Olya Kroytor üçün dayanmayan prosesin bir hissəsidir, bu isə həyatın davam etməsidir. Üçhissəli "Digər tərəfdən" layihəsi "Tənəzzül" yeni videoinstallyasiyası, "Artıqlar" fotolar seriyası və "Yanmış otaq" installyasiyasından ibarətdir.
"Digər tərəfdən" layihəsi "Kicik QalArt" qalereyasında yanvarın 20-dək davam edəcək. Sərgiyə, giriş ödənişsizdir.