Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstanbulda dəhşətli partlayış: xeyli sayda ölən və yaralanan var

© Sputnik / ELİF ÖRNEKSultanahmet'te patlama
Sultanahmet'te patlama - Sputnik Azərbaycan
Abunə olmaq
Sultanəhməd Meydanında yaşanan olay nəticəsində 10 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Şahidlər hadisənin bombalı hücum olduğunu bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilmir.

BAKI, 12 yan — Sputnik. Bu gün Türkiyənin İstanbul şəhərində, Sultanəhməd Meydanında partlayış baş verib. Sputnik Türkiyə-nin verdiyi xəbərə görə, partlayışda 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım avtomobilləri cəlb edilib.

Rəsmi qaynaqlar hələ təsdiqləməsə də, şahidlər partlayışın canlı bomba tərəfindən reallaşdırıldığını söyləyiblər. Türkiyə vaxtı ilə saat 10.20 radələrində baş verən partlayışa nəyin səbəb olduğu hələ bilinmir.

Müvəqqəti yayın qadağası

Türkiyə hökuməti partlayış barədə KİV-ə hər hansı məlumat verməyi qadağan edib. Bununla əlaqədar Baş nazirin müavini Numan Qurtuluşun imzası ilə RTÜK-ə yazı göndərilib. Bildirilib ki, bu qadağa hadisə yerini görəcək şəkildə canlı yayın, hadisənin meydana gəlmə anı və dərhal sonraya bağlı görüntülər və cənazə görüntülərinin verilməməsini əhatə edir.

© REUTERS / Osman OrsalSultanahmet'də partlayış
Sultanahmet'də partlayış - Sputnik Azərbaycan
Sultanahmet'də partlayış

Polis Meydana giriş-çıxışa icazə vermir

Partlayışın səsi ətraf məhəllələrdə də eşidilib. Polis yenidən partlayışın baş vermə ehtimalını nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirib. Meydanın ətrafında nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Sputnik Türkiyə-nin müxbiri Elif Örnekin hadisə yerindən verdiyi məlumata görə, günorta namazının vaxtı olduğu üçün partlayışın baş verdiyi yerdəki Firuzağa Məscidinin ətrafındakı polis mühasirəsi qaldırılıb. Beyazıt-Eminönü arasında dayandırılmış tramvay səfərləri başlayıb. Haseki Təhsil və Araşdırma Xəstəxanasının təcili xidmətində çox ağır olmayan xəstələr ana binaya istiqamətləndirilib.

Polis maşını aşıb

Meydanda bir polis maşınının tərs döndüyü görülüb. Sonra polislərin və vətəndaşların köməyi ilə avtomobil düzəldilib. Bəlli olub ki, polis maşını hadisə yerinə gedərkən qəza törədib. Bölgədəki turistlərin narahatlıq keçirdiyi ifadə edilir.

"Böyük bir partlayış idi"

Hadisə yerinə yaxın bir yerdə dükanı olan Öndər adlı şahid deyib: "Partlayış oldu. Sonra təcili yardım maşını gəldi. Yaralıları götürüb gedirdilər. Polislər gəldi. Böyük bir partlayış idi".

Çankaya Köşkündə təhlükəsizlik toplantısı

Daxili işlər naziri Efkan Ala Baş nazir Əhməd Davudoğluya hadisə barədə məlumat verib. Çankaya Köşkündə Davudoğlunun başçılığı ilə təhlükəsizlik toplantısının keçirilməsi gözlənilir.

Hökumət qanadından partlayışla bağlı ilk şərh AK Partiyanın sözçüsü Ömər Çelikdən gəlib. O, deyib: "Sultanəhməd Meydanında hücumu qınayırıq. Həyatını itirənlərə rəhmət diləyirik. Yaralılarımıza şəfalar diləyirik".

8 əcnəbi turist yaralanıb

Partlayışda altı Alman, bir Norveçli və bir Perulu turist yaralanıb. Norveçin Xarici İşlər Nazirliyi də bir Norveç vətəndaşının yaralandığını və xəstəxanaya aparıldığını təsdiqləyib. Almaniya Xarici İşlər Nazirliyi İstanbuldakı vətəndaşları sıx olan yerlərdən və turizm yerlərindən uzaq durmağa çağırıb.

© Sputnik / ELİF ÖRNEKSultanahmet'də partlayış
Sultanahmet'də partlayış - Sputnik Azərbaycan
Sultanahmet'də partlayış

ABŞ-ın Türkiyədəki səfirliyindən açıqlama

ABŞ-ın Türkiyədəki səfiri Con Bass səfirliyin tvitterdəki hesabından hadisəyə münasibət bildirib ki, Sultanəhməddəki partlayışla əlaqədar xəbərləri yaxından təqib edirik.

Yunanıstanını Xarici İşlər Nazirliyi də partlayışda ölənlərin ailələrinə və Türkiyəyə başsağlığı və dəstəyini bildirərək, hücumu qınayıb.

İngiltərənin Türkiyədəki səfiri Riçard Mor tvitter üzərindən məsələyə münasibət bildirib ki, "İstanbuldakı partlayışla əlaqədar Türkiyənin səlahiyyətliləri ilə təmasdayıq. Yaralılara şəfa diləyirəm".

© REUTERS / Murad Sezer Sultanahmet'də partlayış
Sultanahmet'də partlayış - Sputnik Azərbaycan
Sultanahmet'də partlayış

Tarix təkrarlanır

6 Yanvar 2015-ci ildə də yenə Sultanəhməddə meydana gələn bombalı hücumda polis məmuru Kenan Parça həyatını itirmişdi. Hücumda bir polis yaralanarkən, bombanı partladan təcavüzkar da ölmüşdü. İntihar hücumu reallaşdıran qadın şübhəlinin, rusəsilli olduğu irəli sürülmüş, lakin bu iddia Rusiya rəsmi qaynaqları tərəfindən təkzib olunmuşdu.

Xəbər lenti
0