Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qənaət rejiminə keçirik: kimlər və nələr ixtisara düşəcək?

© Sputnik / Farid BabayevАзербайджанский манат
Азербайджанский манат - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Cəfərli: "Deyək ki, Azərbaycanda qənaət rejiminə keçmək vacibdir. Bəs, bu rejimə keçdikdə digər sahələrdə durğunluq yaranır"

BAKI, 12 yan — Sputnik. "Qənaət rejiminə keçmək o deməkdir ki, ixtisarlar olacaq, dövlət və hökumət orqanlarında çalışanların ştatları azaldılacaq, bir çox dövlət və hökumət orqanları bağlanacaq. Dövlət investisiyaları, təmir-tikinti işləri azalacaq. Bu da işsizlik deməkdir".

Bunu Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. "Yaxşı, qənaət rejiminə keçdik. Yüz minlərlə işsiz qalanları işlə necə təmin edəcəyik? Yəni, burda artıq kompleks yanaşmaq lazımdır. Həm qənaət rejimi olmalıdır, həm də qənaət rejimindən ortalığa çıxan problemlərin həlli üçün detallı proqram olmalıdır", —deyə ekspert bildirib.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Onun sözlərinə görə, yalnız qənaətlə vəziyyətdən çıxmaq olmaz: "Düzdür, Azərbaycanda qənaət rejiminə keçmək vacibdir. Lakin bu rejimə keçdikdə digər sahələrdə də durğunluq yaranır".

Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib ki, neftin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir.

"Bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasətini davam etməklə büdcə xərclərinin səmərəliliyinin artırırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsi kimi hədəfləri güdməlidir" —nazir deyib.

Azərbaycan prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Azərbaycan prezidentinin sədrliyi ilə hökumətin iclası keçirilib

"Bununla yanaşı, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalı, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə nizam-intizam gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərdə islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır", — deyə S. Şərifov qeyd edib.

Xəbər lenti
0