Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyadan Azərbaycana info-tur təşkil olunur

© Sputnik / Валерий Шустов / Fotobanka keçməkBakının mənzərəsi
Bakının mənzərəsi - Sputnik Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan "Tour A Vent" şirkətinin və "Silk Way Travel" turizm şirkətinin təşkilatçılığı ilə 11-15 yanvar tarixlərində Rusiyanın 10 turizm şirkəti üçün info-tur təşkil olunub

BAKI, 12 yan — Sputnik. Mədəniyyət və Turizm Nazirliyinin (MTN) dəstəyi, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan "Tour A Vent" şirkətinin və "Silk Way Travel" turizm şirkətinin təşkilatçılığı ilə 11-15 yanvar tarixlərində Rusiyanın 10 turizm şirkəti üçün info-tur təşkil olunub. MTN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, info-tur çərçivəsində Bakı şəhərində bir neçə tarix və mədəniyyət abidələri və turizm nümayiş obyektləri ilə tanışlıq və eləcə də, Qusar rayon "Şahdağ" Turizm Mərkəzinə səfər nəzərdə tutulub. Qonaqlar Mərkəzin fəaliyyəti və göstərilən xidmətlərlə yaxından tanış olacaqlar.

"Nazirliyin Rusiyadakı turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti tərəfindən təşkil olunan bu səfər Azərbaycanın ilk dağ-xizək mərkəzinin region üzrə seçilməsi və hətta, öz geniş miqyasına, valehedici mənzərəsinə, ən müasir infrastruktruna və yüksək dərəcəli xidmət səviyyəsinə görə dünyanın aparıcı dağ xizək kompleksləri ilə rəqabət apara bilmə faktını bir daha vurğulayacaq", —deyə nazirlikdən bildirilib.

"Tour A Vent" şirkəti tərəfindən təşkil olunan infotur zamanı Azərbaycan tərəfindən bir sıra beşulduzlu brend mehmanxanalar və şirkətlər dəstək göstərmişdir.

Qeyd edək ki, turizm mərkəzinin tanıdılması istiqamətində görülmüş işlər çərçivəsində mütəmadi olaraq Rusiya, Ukrayna, Belorusiya, Türkiyə və Qazaxıstandan olan turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur, infor-turlar təşkil edilir, müqavilələr imzalanır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала