Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

S&P: "Azərenerji"nin borclarının 81%-i valyuta risqinə məruz qalır

© Sputnik / Murad OrujovAzerenerji ASС-nin baş ofisi
Azerenerji ASС-nin baş ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
"Standard & Poor`s": Düşünürük ki, "Azərenerji" cari maliyyə böhranı vəziyyətində Azərbaycan hökumətindən effektiv dəstək alacaq.

BAKI, 12 yan — Sputnik. "Azərenerji" ASC-nin borclarının 81%-i valyuta risklərinə məruz qalır.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Standard & Poor`s" (S&P) agentliyinin yaydığı məlumatda bildirilir.

Bildirilir ki, dövlət şirkətinin kapitalının strukturu dayanıqlı deyil. "Düşünürük ki, "Azərenerji" cari maliyyə böhranı vəziyyətində Azərbaycan hökumətindən effektiv dəstək alacaq. Buna baxmayaraq, biz "Azərenerji"yə olan dəstəyi yenidən qiymətləndirə bilərik. Dövlət nəzarətinin və inzibati dəstək mexanizmlərinin zəiflədiyini görsək, daha zəif dövlət dəstəyi müəyyənləşdiricisini təyin edəcəyik", — deyə məlumatda qeyd olunur.

Agentlik ekspertlərinin fikrincə, "Azərenerji" dövlətin ən böyük enerji təminatçısı olduğundan, dövlət dəstəyinin qiymətləndirilməsində əsas rol hökumətin üzərinə düşür: "Düşünürük ki, dövlətin iqtisadi inkişafı etibarlı və əldə olunan elektrik enerjisi təminatına imkan verir və növbəti üç il ərzində də bu təminat davam edəcək. Dövlət "Azərenerji"nin borclarının təxminən 40%-ni ödəyir. Şirkətin kredit portfelinin təxminən 60%-ni isə birbaşa dövlətdən alınan borclar təşkil edir. Hökumətin "Azərenerji" üçün tarifləri artıracağını gözləmirik, lakin "Azərenerji"nin borclarını ödəməklə, istiqraz emissiyasını həyata keçirməklə və ya SOCAR-a olan borcları nəzarətə götürməklə dövlət şirkətə dəstək ola bilər".

Xəbər lenti
0