FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Putinin Bakıdakı qrup yoldaşı: "Təbrikləri mənə hörmət edənlərdən gözləyirəm"

© müəllifin şəxsi arxivindənİlham Rəhimov
İlham Rəhimov - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Rəhimov: "Vladimir Putin hakimiyyətə gələndən sonrakı 15 il ərzində Rusiya ilə Türkiyə arasındakı münasibətlərin yaxşılaşmasına və təkmilləşməsinə can atanların sırasında olmuşam"

BAKI, 12 yan — Sputnik. İctimaiyyət onu həm elmi işləri dünyanın bir çox ölkələrində dərc olunmuş məşhur hüquqşünas alim, həm də barəsində hətta Forbes jurnalının yazdığı tanınmış biznesmen kimi tanıyır. Respublikada onu həmçinin ictimai-siyasi həyatın bir çox məsələləri üzrə müstəqil, azad fikirləri və mövqeyi ilə fərqlənən insan kimi tanıyırlar. Nəhayət, bir çoxları ona xeyriyyə fəaliyyətinə: tələbələrə, pasiyentlərə, tanımadığı sadə vətəndaşlara yardımına görə minnətdardırlar. Dostları deyirlər ki, İlhamın hamı kimi öz nöqsanları var, lakin onun xarakterinin bir məqamı bu qüsurları örtür — bu, sədaqət və inandığı adamlarla münasibətlərdəki sabitlikdir. Yanvarın 14-də onun 65 yaşı tamam olur və həmin gün ərəfəsində Sputnik-in müxbiri onunla görüşüb.

– Cənab Rəhimov, Sizi yubileyiniz münasibətilə təbrik edirik. Siz öz ad gününüzü Azərbaycan və bütün dünya üçün belə çətin bir dövrdə qeyd edirsiniz. Beynəlxalq hüqüq üzrə ixtisaslaşmış bir hüquqşünas kimi 2016-cı ildə Azərbaycan, Rusiya və bütün neft hasil edən ölkələrin axırının necə olacağını proqnozlaşdıra bilərsinizmi?

— Təbriklərə görə çox sağ olun. Sizin dediyiniz "belə bir çətin dövrdə" ad gününü yalnız mən deyil, planetimizdə milyonlarla insan qeyd edir. Təəssüf ki, böyük ehtimalla bir ildən sonra da bu günü analoji, bəlkə də daha pis vəziyyətdə keçirməli olacağam. Bir düzəliş etmək istəyirəm: mən beynəlxalq yox, cinayət hüququ üzrə ixtisaslaşmış hüquqşünasam. Sualınızın ikinci hissəsinə gəldikdə, mənə respublikamızın, həmçinin iqtisadiyyatı birbaşa neftdən asılı olan digər ölkələrin gələcək iqtisadi vəziyyətini proqnozlaşdırmaq çətindir. Bu proqnozu iqtisadçılar verməlidirlər və bu proqnozlar həmişə ehtimal xarakteri daşıyırlar. Buna baxmayaraq, Puankare demişkən "heç öncədən görməməkdənsə, tam inamlı olmadan öncə görmək daha yaxşıdır". Mən ümumilikdə proqnozlaşdırma nəzəriyyəsi ilə tanışam və bu sahədəki biliklərimi cinayətkarlığa nəzərən tətbiq etməyə cəhd eləmişəm. Ona görə mənə, o cümlədən respublikamızda, cinayətkarlığın gələcək vəziyyətini proqnozlaşdırmağa cəhd etmək daha asandır.

© müəllifin şəxsi arxivindən1970-ci ildə hüquq fakültəsinə daxil olandan sonra inşaat dəstəsində
1970-ci ildə hüquq fakültəsinə daxil olandan sonra inşaat dəstəsində - Sputnik Azərbaycan
1970-ci ildə hüquq fakültəsinə daxil olandan sonra inşaat dəstəsində

- Manatın üzən məzənnəsi Sizin üçün gözlənilməz oldu, yoxsa hadisələrin bu istiqamətdə inkişafını gözləyirdiniz?

— Fikrimcə, istənilən az-çox savadı olan adama indi aydın oldu ki, manatın üzən kursuna 10 ay əvvəldən keçmək daha məqsədəuyğun olardı. Şəxsən mən əmin idim ki, sonda biz bu addımı atmalıyıq. Ona görə də mənim üçün hadisələrin bu cür inkişafı gözlənilməzlik yox, gözlənilən nəticə idi.

- Əgər Sizə belə bir vəziyyətdə nə etmək sualı ilə müraciət etsələr, nə məsləhət görərdiniz? Çünki analoji proseslər Sizin tez-tez səfər etdiyiniz və biznes-elitası ilə yaxşı tanış olduğunuz Rusiyada da baş verib…

— Belə hallarda diqqət hüquqşünaslara deyil, iqtisadçılara yönəlir. Əgər mənə müraciət etsələr, əmanətlərini dollar və ya avroda saxlamağı məsləhət görərdim. Güman edirəm ki, bu gün bizim iqtisadçılar Rusiyanın təcrübəsini dərindən öyrənməli və nəyi səhv, nəyi isə düz etdiklərinə baxmalıdırlar.

- Rusiya və Türkiyə arasındakı münaqişəyə necə yanaşırsınız və necə deyərlər, "odla su arasında qalmaq" ehtimalı olan Azərbaycan hansı mövqeyi tutmalıdır?

— Mən baş verənlərdən dərin təəssüf hissi keçirirəm. Çünki Vladimir Vladimiroviç Putin hakimiyyətə gələndən sonrakı 15 il ərzində Rusiya və Türkiyə arasındakı münasibətlərin, bütün sahələrdəki xoş əlaqələrin yaxşılaşmasına və təkmilləşməsinə can atanların sırasında olmuşam. Söhbət təbii ki, rəsmi dairələrin münasibətlərindən gedir. Çünki bu iki ölkənin xalqları xeyli öncədən ünsiyyət qurmağa və bir-birilərini tanımağa başlayıblar. Bu isə təbii olaraq dövlətlərarası münasibətlərə təsirsiz ötüşməyə bilməzdi. Belə ki, mənim təşəbbüsümlə ilk dəfə olaraq həm Türkiyədə, həm də Rusiyada iki ölkə parlamentarilərinin görüşləri təşkil olundu. Bu dövr ərzində mənim yardımım ilə iki ölkənin hüquq cameəsi arasında kifayət qədər sıx əlaqələr qurulub. Biz hətta çox nüfuzlu Türkiyə-Rusiya hüquq forumunu yarada bilmişik və onun ilk iclası İstanbulda keçib. Mənim bu iki ölkə arasında sıx əlaqələr qurulması istəyimin əsasında həm də o dayanırdı ki, Qarabağ probleminin ədalətli həll olunmasında bu münasibətlərin xalqım və dövlətim üçün necə vacib olduğunu başa düşürdüm.

© müəllifin şəxsi arxivindənLDU 1971-ci il. Hüquq fakültəsi. V.Putinlə sambo məşqində.
LDU 1971-ci il. Hüquq fakültəsi. V.Putinlə sambo məşqində. - Sputnik Azərbaycan
LDU 1971-ci il. Hüquq fakültəsi. V.Putinlə sambo məşqində.

Sualınızın ikinici hissəsinə gəldikdə isə deyə bilərəm ki, Türkiyə bizə qardaş ölkədir, biz bir xalqıq. Bu hamıya aydındır və məlumdur. Rusiya yalnız bizim qonşumuz deyil, həm də bizimlə iqtisadi, tarixi, mədəni, sosial, humanitar və s. cəhətdən sıx bağlı olan dövlətdir. Ona görə də güman edirəm ki, rəsmi Azərbaycan bu münaqişəyə münasibətini müəyyən edərkən təbii ki, ədalət prinsiplərini əsas tutaraq bu şərtləri nəzərə almalıdır. Lakin, təəssüf ki, ayrı-ayrı siyasətçilərimizin və media orqanlarımızın mövcud münaqişənin yumşaldılmasına deyil, əksinə daha da qızışdırılmasına yönəlik fikirlərinə rast gəlirik. Belə bir təəssürat yaranır ki, hətta onlardan bəziləri baş verənlərə sevinirlər. Bu, vəziyyətin səthi, bəsirətsiz və ən əsası çox təhlükəli başa düşülməsinin göstəricisidir. Bizim hansı problemimizin olduğunu və onun həllində kimin əsas rol oynadığını unutmaq lazım deyil. Çünki Türkiyə və Rusiya arasındakı münasibətlər nə qədər yaxşı olsa, Qarabağ münaqişəsinin ədalətli həlli şansları o qədər yüksək olar.

- Biz bilirik ki, Siz bunu reklam etməyi xoşlamırsınız, amma yenə də: öz qrup yoldaşınızın — Rusiya Federasiyasının prezidenti Vladimir Putinin bütün addımlarını dəstəkləyirsiniz? Yoxsa, hesab edirsiniz ki, beynəlxalq hüquq baxımından o nədəsə səhv edir?

— Mən Rusiya Prezidentinin bu istiqamətdəki addımlarını qiymətləndirmək səlahiyyətində deyiləm. Lakin, xüsusi olaraq qeyd edə və əminliklə deyə bilərəm ki, Vladimir Vladimiroviç Putin həqiqətən Rusiya və Türkiyənin münasibətlərini yüksək qiymətləndirirdi və bu münasibətlərin qədrini bilirdi. Ona görə də mən onun baş verən faktdan dərin məyusluğunu başa düşürəm. Bu fakt olmamalı idi və olmaya da bilərdi. Bilirsiniz, mən onu tələbəlik illərindən tanıyıram və deyə bilərəm ki, Vladimir Vladimiroviç bütün səviyyəli münasibətlər və dostluqlarda çox etibarlı və sədaqətli insandır. İndi həm Rusiyada, həm Türkiyədə, həm Azərbaycanda və yəqin ki, başqa ölkələrdə də milyonlarla insan münasibətlərin düzəlməsini və əvvəlki dövrlərdə olduğu kimi mehriban və yüksək səviyyədə olmasını istəyir.

© müəllifin şəxsi arxivindənQrupumuzun 2005-ci ildə növbəti görüşü.
Qrupumuzun 2005-ci ildə növbəti görüşü. - Sputnik Azərbaycan
Qrupumuzun 2005-ci ildə növbəti görüşü.

- Putin və digər qrup yoldaşlarınızla sonuncu təkbətək görüşünüz nə vaxt olub və bu cür görüşlərdə siz siyasətdən danışırsınızmı? Mən Qarabağ, Suriya, Türkiyə və ABŞ mövzularını nəzərdə tuturam.

— Putinin vaxtı olanda görüşürük. Digər qrup yoldaşlarımızla da görüşürük, özü də təkcə Moskva və Sankt-Peterburqda yox, həm də Bakıda. Viktor Xmarin, Vitali Mozyakov, İqor Sobolevski, Aleksandr Bastrıkin və bir çox başqaları tez-tez mənə qonaq gəlirlər. Təbii ki, siyasətdən danışırıq, bunsuz necə ola bilər? Lakin daha çox tələbəlik illərindən və müəllimlərimizdən danışırıq.

- Əgər görüşürsünüzsə, bilmək maraqlı olardı: Putin həqiqətən sərt siyasətçidir, yoxsa dostların əhatəsində o, başqadır?

— Dostların əhatəsində Vladimir Putin sadəcə gözəl dost, qonaqlarını qəbul edən hörmətli və gülərüz ev sahibidir.

- Siz də Putin kimi idmanla məşğul olursunuz. Tələbəlik illərində onunla güləşmisiniz? Kim qalib gəlib? Bircə deməyin ki, dostluq…

— Tələbəlik illərində biz bir yerdə məşq etmişik, amma rəqib kimi güləşməmişik.

© müəllifin şəxsi arxivindənMən və V. Xmarin tələbəlik illərində.
Mən və V. Xmarin tələbəlik illərində.  - Sputnik Azərbaycan
Mən və V. Xmarin tələbəlik illərində.

- Bir daha Sizi ürəkdən təbrik edirik. Sizin üçün belə bir əlamətdar gündə Sizə daha öz suallarımızla əziyyət verməyəcəyik və sonda əgər mümkünsə, Sizdən iki qeyri-siyasi suala cavab verməyi xahiş edirik. Sizin üçün bu sevincli gündə daha çox kimin təbrikini gözləyirsiniz: qohumların, yoxsa dostların? Və hansı hədiyyələri almağı daha çox xoşlayırsınız?

— Bir daha mənim şəxsimə göstərdiyiniz diqqətə görə sizə minnətdarlığımı bildirirəm. Məni sevən və hörmət edənlərdən təbriklər gözləyirəm. Bunu adi telefon zəngi ilə etmək kifayətdir. Mənim üçün ən əziz və qiymətli hədiyyə özümün özümə hazırladığım hədiyyədir: yubileyim ərəfəsində Sankt-Peterburqda mənim cəzanın əxlaqi tərəfinə həsr olunmuş növbəti kitabım dərc olunacaq. Məhz bu hədiyyəni böyük səbirsizliklə gözləyirəm.

Xəbər lenti
0