​Suriyada mühasirədə olan şəhərə ilk humanitar yardım göndərilib

Abunə olmaq
Bəşər Əsəd rejimi və Livan Hizbullahının mühasirədə saxladığı Madaya şəhərinin əhalisi aclıqdan əziyyət çəkir.

BAKI, 11 yan — Sputnik. Suriyada Bəşər Əsəd rejimi və Livan "Hizbullah"ı tərəfindən mühasirəyə alınan Madaya şəhərində aclıqdan əziyyət çəkən sakinlərə ilk humanitar yardım göndərilib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, mühasirədə olan şəhərin sakinləri 2015-ci ilin oktyabrından ilk dəfədir ərzaq yardımı alıblar. Madaya 6 aydır Əsəd və Livan "Hizbullah"ı tərəfindən mühasirədə saxlanılır.

Xəbərdə bildirilib ki, əhalisinin sayı 43 min nəfər olan Madayaya yardımı beynəlxalq humanitar təşkilatlar aparıb.

"Medecins Sans Frontieres" beynəlxalq humanitar təşkilatının məlumatına görə, yanvarın 10-da bu şəhərdə bir oğlan uşağı və 4 kişi aclıqdan ölüb, 200 nəfərdən çox sakinin səhhəti ağırdır. Onlarla insanın tibbi yardıma ehtiyacı var.

Sosial şəbəkələrdə aclıqdan əziyyət çəkən sakinlərin fotoları yayılıb.

Xəbərlərdə bildirilib ki, aclıqdan əziyyət çəkən insanlar ev heyvanları və ot-ələf yeyirlər.

Qeyd edək ki, Avropa İttifaqı Suriyanın Madaya və Kefray şəhərlərinə humanitar yardim göndərib. Bu yardım yaxın 3 gündə həmin şəhərə çatdırılacaq.

Xəbər lenti
0