BAKI, 11 yan — Sputnik. Rüşvət alması səbəbilə 1999-cu ildə istintaqa cəlb olunan, daha sonra 3 il həbs cəzası alan İsrailin mühafizəkar Şas Partiyasının rəhbəri Arye Deri daxili işlər naziri təyin edilib. Sputnik NTV-yə istinadən xəbər verir ki, o, cinsi təcavüz iddiaları səbəbilə vəzifəsindən uzaqlaşdırılan Silvan Şalomun yerinə təyin edilib.
Beləliklə də, 1988-1993-cü illər arasında İsrailin daxili işlər naziri vəzifəsini icra edən Deri yenidən bu vəzifəyə gətirilmiş oldu. Arye Deri 155 min dollar rüşvət almaqda günahkar bilindiyi üçün həbsə atılmışdı. Cəzasını çəkdindən sonra o, 2002-ci ildə azadlığa buraxılmışdı.