BAKI, 11 yan — Sputnik. Bakının Ziya Bünyadov prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkət sıxlığı müşahidə olunur.
Bu barədə Sputnik-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.