CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Zərdab prokuroru yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib"

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
Zərdab rayon prokuroru Süleyman Süleymanov tutduğu vəzifədən azad olunub.

BAKI, 11 yan — Sputnik. Zərdab rayon prokuroru işdən çıxarılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Zərdab rayon prokuroru Süleyman Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilmişdi ki, icra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın  vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Xəbər lenti
0