BAKI, 11 yan — Sputnik. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini tezliklə Azərbaycana səfər edəcək.
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard deyib. O bildirib ki, səfər fevral-mart aylarına nəzərdə tutulub: “Bütün hallarda səfər yaydan əvvəl baş tutacaq. Proqramının detalları hələ məlum deyil. Üzərində işlənir”.