Bakı, 10 yan — Sputnik. Sputnik, kayzen-ə istinadən müvəffəqiyyət üçün yol göstərən qaydaları təqdim edir. Dırmaşdığınız qaya ilə kərtənkələ qədər bütünləşməlisiz. Alpinist dırmaşmağa başlamadan əvvəl bizim üçün yalnızca bir macərapərəstdir. Dırmaşarkən ona "Bu lap dəlidir ki" deyə bilərik. Zirvəyə çatdığında isə o hamımız üçün yalnız bir qəhrəmandır. Yalnız bir qəhrəman…
Alpinistimiz heç bir alət olmadan, alətlər köməyi ilə dırmaşmağa çalışan iki alpinisti keçər. Belə inanılmaz bir uğuru necə bacardı? Tək cavab, Motivasiya sayəsində. Zehini və bədəni həmişə o anla yalnız dırmaşma anıyla bütünləşdi. Dırmaşmaqdan başqa nə xəyal qurdu nə də zirvəyə çata bilməyi düşündü. Dırmaşmağa qərar verdiyindən etibarən, yalnız dırmaşmağı düşündü. Çünki hədəfə çatmaq üçün motivasiya çox əhəmiyyətlidir.
Çicəkləri görə bilmirsinizmi?
Ətrafınıza bir daha görə bilməyəcək kimi baxın. Bir daha eşitməyəcəkmiş kimi dinləyin. Çünki o zaman, hər vaxt baxıb da görə bilmədiyiniz şeyləri, fərq edib, görüb, duyacaqsınız. "Mən nələrə sahibmişəm" deyə heyrətlənəcəksiniz. Əlinizdəkilərin dəyərini, sahib olduğunuz şeylərin nə qədər üstün olduğunu fərq edin. Çünki sahib olunan şeylərin dəyəri itirilincə aydın olur. İnsan əlindəkilərin dəyərini ən bəsitindən bir çiçəyə, şirin bir gülümsəməylə və xoş bir məsumiyyətlə baxaraq anlaya bilər. O çiçəkdə bütün sirlər, bütün sözlər, bütün gerçəklər gizlidir.
Hədəf, titrəməyən bir əl istər
Əgər böyük bir məqsədiniz, hədəfiniz varsa mexaniki zövqlərinizi tərk edəcəksiniz. Belə ki bu mexaniki zövqlər, qayənizə duyduğunuz böyük eşqi adi bir cilvələnmə səviyyəsinə salar. Mexaniki zövqlərin hər dəvətində bir az daha, bir az daha sönmüş olaraq dönərsiniz. İçinizdəki şirin dilə qulaqlarınızı tıxayacaqsınız. Lazım olsa o şirin dili çəkib qoparacaqsınız. Həyatınız, həyat tərziniz, istəklərinizlə eynidir. Hədəf — mükəmməl bir silah, onun nişangahından baxan iti bir göz və titrəməyən bir əl istər.
Bilgini mənbəyinə baxaraq kiçik hesab etməyin
İnsan həyatındakı ən təhlükəli məhdudlaşdırma, bilginin qaynağına baxılaraq onu rədd etmə rəftarıdır. Bilgi haqqında onu çatdıranın işinə yarayıb-yaramadığına görə qərar vermək, sizi o bilgidən məhrum edər.. Qıçları yoxdur deyə bir adamdan ünvan soruşmaqdan çəkinməyin. Bəlkə yeriyə bilmir amma oraları ən yaxşı bilən adam o adam ola bilər.
İşinizi ən mükəmməl bir şəkildə edin
Nə edirsiz edin ən mükəmməl şəkildə etməyə çalışın. Heç kimin gücü mükəmməl bir işi görməzdən gəlməyə yetməz. Mükəmməl bir iş özünü mükəmməl bir şəkildə qəbul etdirər. İşinizin əhli olun. Bunun üçün heç bir fədakarlıqdan qaçınmayın.
İşimizin adsız qəhrəmanı ola bilməliyik
Adsız qəhrəman insanlığa faydalı olacaq hər şeydə özündə bir məsuliyyəti olduğuna inanan, bunun üçün fədakarlığa hazır olan bir insandır. "Mən kömək etməzsəm bu adam öləcək", "Mən kömək etməzsəm bu iş yarım qalacaq" düşüncəsini iliklərimizə işləmiş bir səmimiyyətlə yaşamalıyıq. İşimizin, məqsədimizin, fikirimizin adsız qəhrəmanı ola bilsək qəhrəmanlığa ad ola bilərik.
İki insan olmayın
Başqalarının sizdə görmələrini istəmədiyiniz, sizdə olduğunu bilmələrini arzu etmədiyiniz bir davranışı —rəftarı- tək başına olduğunuz zamanlarda da göstərməyin. İnsanların içində başqa cür, tək başına qaldığı zaman başqa cür olan birinin maddi və mənəvi davranışları qüvvətli bir bütünlük sərgiləməz. Elə bir insan bölünmüş birr görüntü verər.
Doğrularınız səhvlərinizi yeyər
Həyat sizi səmimi görmək istər. Bir səhvdən sonra dərhal bir doğruya qaçmanız səmimiyyətiniz barəsində onu qane edər. Çünki həyat doğruları çox olanın üzünə gülər. Hər pislikdən sonra bir yaxşılıq, hər səhvdən sonra bir doğru, pisliyin və səhvin ləkələri içində qapqara olmanızı əngəlləyər. Təmizlənməyən hər ləkə, bir sonrakı ilə birlikdə bir az daha böyüyər. Şalvarınızda dörd ləkə varsa, beşincisinin gəlməməsi üçün çox diqqətli olmaya bilərsiz. Səhvləri doğrularından çox olan hər şagird sinifdə qalar.