“Müharibəyə can atan insanın ağlı başında olmamalıdır”

© dailysignal.comSəudiyyə Ərəbistanı müdafiə naziri Muhammed bin Salman
Səudiyyə Ərəbistanı müdafiə naziri Muhammed bin Salman - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Məhəmməd Salman keçən həftə baş verən İran və Səudiyyə Ərəbistanlı arasında yaranan diplomatik qalmaqaldan danışıb.

BAKI, 9 yan — Sputnik. Sputnik Milliyyet qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Məhəmməd Salman keçən həftə baş verən İran və Səudiyyə Ərəbistanlı arasında yaranan diplomatik qalmaqaldan danışıb. 

Economist-ə verdiyi açıqlamasında "iki ölkə arasında müharibə olması mümkündür?" sualına nazir belə cavab verib: "Bu heç planlaşdırmadığımız məsələdir. Müharibəyə can atan insanın ağlı başında olmamalıdır".  

Şahzadə Muhəmməd cavabı ilə İranla müharibə etmək arzusunda olmadıqlarını dilə gətirib. Nazir bildirib ki, Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə bölgədə böyük fəlakətin başlanğıcı ola bilər. O qeyd edib ki, bu müharibənin olmasına imkan verməyəcək.

Xəbər lenti
0