"Mazda" avtomobillərini geri çağırır

мазда
мазда - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobillərdə yerləşdirilən təhlükəsizlik yastığında nasazlıq var.

BAKI, 9 yan-Sputnik. Yaponiyanın "Mazda" avtomobil konserni ABŞ bazarında satışa çıxarılan 374 min ədəd avtomobilini geri çağırır.

Sputnik-in məlumatına görə, buna səbəb avtomobillərdə yerləşdirilən təhlükəsizlik yastığında nasazlığın olmasıdır. Təhlükəsizlik yastıqları "Takata" şirkəti tərəfindən istehsal olunub.

Bildirilir ki, geri çağrılan avtomobillərin mütləq əksəriyyəti 2003-2008-ci illərin istehsalı olan "Mazda 6" modeli, 2006-2007-ci ilin istehsalı olan "Mazda Speed 6" və 2004-cü ilin istehsalı olan "RX-8" modellərinə aiddir.

Bir müddət əvvəl Yaponiyanın "Honda", "Nissan" və "Toyota" şirkətləri də analoji addımı atmışdı.

Xəbər lenti
0