CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişib

Zəlimxan Yaqub
Zəlimxan Yaqub - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq şairi uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkib.

BAKI, 9 yan — Sputnik. Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişib.

Bu barədə APA-ya məlumatı Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu bildirib.

Məlumata görə, Z. Yaqub 16:00 radələrində dünyasını dəyişib.

Xatırladaq ki, xalq şairi uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkib. 

Qeyd edək ki, Z. Yaqub 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib.

1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

1983-cü ildən AYB-nın üzvüdür.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.

Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında,Almaniyada, ABŞda, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.

Xəbər lenti
0