Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

© Sputnik / Алексей Даничев / Mediabanka keçidНефтяная платформа
Нефтяная платформа - Sputnik Azərbaycan
Abunə olmaq
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 34 dollar/barel təşkil edib ki,bu da yanvarın 7-nə olan göstəricidən 1,79 dollar/barel azdır.

BAKI, 9 yan — Sputnik. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 34 dollar/barel təşkil edib ki,bu da yanvarın 7-nə olan göstəricidən 1,79 dollar/barel azdır. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 32,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,79 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 8-də 28,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,85 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 8-də 31,7 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,96 dollar/barel azdır.

Xəbər lenti
0