Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dükandan 35 min manat oğurlayan şəxs ələ keçdi

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 35600 manat oğurlanıb.

BAKI, 9 yan — Sputnik. Bakıda mağazadan pul oğurlayan şəxs tutulub.

Sputnik Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, yanvarın 4-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən, paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 35600 manat oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Məmmədzadə tutulub.

Xəbər lenti
0