Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankdan savadsız məktub

© Sputnik / Murad OrujovЦентральный Банк Азербайджана
Центральный Банк Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Manatın taleyi hələ çox müəmmalıdır, özünüzdən və pulunuzdan muğayat olun!

BAKI, 9 yan — Sputnik. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov öz facebook səhifəsində Azərbaycan Mərkəzi Bankının ötən gün banklara yolladığı mübadilə əməliyyatları üzrə məzənnə limitinə dair məktubu təhlil edib. Ekspert məktubun həm hüquqi, həm də qrammatik səhvlərlə dolu olduğunu qeyd edib. 

Sputnik Əkrəm Həsənovun təhlilini olduğu kimi təqdim edir: "Dünən Mərkəzi Bank banklara mübadilə əməliyyatları üzrə məzənnə limitinə dair məktub yollayıb. Məktubun mətni ilə tanış ola bilərsiz.

Ümumən mənası aydındır: bankların məzənnəsi Mərkəzi Bankın rəsmi məzənnəsindən maksimum 4% fərqlənə bilər. Əvvəllər bu limit 2% həddində idi.

Lakin 2 cümləlik məktub çox savadsız tərtib olunub. Ümumiyyətlə, birinci cümlənin üslubu elə bərbaddır ki, mənasını anlamaq üçün onu bir neçə dəfə oxumaq lazımdır. Daha sonra, həmin cümlədə "hədlərini" əvəzinə "həddi" və ya "hədləri" yazılmalı idi. Nəhayət, sözügedən cümlədən aydın deyil ki, bu limit xarici valyutaların manata mübadiləsinə aiddir, ya yox. Çünki cümlədə belə yazılıb: "milli valyutanın xarici valyutaya, habelə xarici valyutaların mübadilə məzənnəsi". İfadənin birinci hissəsi aydındır: manatın xarici valyutaya məzənnəsi. 

Samir Əliyev - iqtisadçı - Sputnik Azərbaycan
TƏHLİL
Banklardakı əmanətlərin taleyi necə olacaq?

İkinci hissədə isə xarici valyutaların nəyə münasibətdə məzənnəsinin ehtiva edildiyi aydın deyil. Manata? Onda birinci hissədə olduğu kimi "xarici valyutanın milli valyutaya" yazılmalı idi. "Milli valyuta" xatırlanmadığı üçün belə çıxır ki, ikinci hissədə xarici valyutaların bir-birinə qarşı olan məzənnəsi nəzərdə tutulur. Buna görə də sual yaranır: bəs xarici valyutaların manata mübadilə məzənnəsi necə olsun? Nəhayət, aydın deyil ki, niyə birinci hissədə "xarici valyuta" tək halda, ikinci halda isə cəm halda yazılıb.

Nə isə, keçək məsələnin hüquqi tərəfinə. Bu məktub hansı normativ hüquqi akta əsaslanır? Mərkəzi Bank yəqin ki, deyəcək: onun qəbul etdiyi və 6 yanvar tarixində qüvvəyə mindiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nın (dünən bu Qaydalar haqda status yazmışam) 9.3-cü bəndinə. Orada deyilir: "Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır". Bir çox mütəxəssis bu cümləni belə başa düşmüşdü ki, söhbət Mərkəzi Bankın rəsmi məzənnəsindən deyil, bankların öz məzənnələrindən kənarlaşma həddindən gedir. Həqiqətən də cümlənin hərfi mənasından bu irəli gəlir: "xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi". Yəni tutaq ki, Mərkəzi Bankın müəyyən etdiyi kənarlaşma həddi 4%-dir, bank dolları 1,8 məzənnəsi ilə alır, deməli, maksimum 1,872 məzənnə ilə sata bilər. Başqa sözlə, Mərkəzi Bankın rəsmi məzənnəsi ilə heç bir əlaqə yoxdur, istəyir lap onun rəsmi məzənnəsi 1:1 olsun. Lakin mən 2 gündür ki, həmin mütəxəssislərə deyirdim: dayanın, tələsməyin, mən Mərkəzi Bankın savadsızlığına bələdəm, böyük ehtimalla onlar Qaydaların 9.3-cü bəndində öz rəsmi məzənnələri ilə fərqin həddini ehtiva ediblər. Dediyim doğru çıxdı! Başqa sözlə, Qaydalarda və məktubda söhbət tam fərqli limitlərdən gedir.

© Facebook/ Akram HasanovMərkəzi Bankdan banklara göndərilən məktub
Mərkəzi Bankdan banklara göndərilən məktub - Sputnik Azərbaycan
Mərkəzi Bankdan banklara göndərilən məktub

Amma söhbət eyni limitlərdən getsəydi belə, dəfələrlə dediyim kimi, Mərkəzi Bankın məktubla banklar üçün hüquq norması (ümumi tələb) müəyyən etmək səlahiyyəti yoxdur. Belə ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa əsasən Mərkəzi Bank banklar üçün məcburi davranış qaydalarını yalnız bir formada olan sənədlə müəyyən edə bilər: normativ xarakterli akt. Mərkəzi Bank haqqında Qanunun 8.1-ci maddəsində də yazılıb ki, Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar üçün məcburi normativ xarakterli aktları qəbul edir. Normativ xarakterli aktın nümunəsi elə "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nın özüdür, yəni Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilən hüquqi sənəd. Məktub belə sənəd deyil, buna görə də heç bir hüquqi qüvvəsi yoxdur və banklar ona riayət etməyə məcbur deyil.

Beləliklə, sözügedən məktub adi kağız parçasından başqa bir şey deyil. Necə ki, indiyə qədər bankların riayət etdiyi 2%-limit haqqında məktub. Təbii, banklarımız da Mərkəzi Bank kimi o qədər savadsız və gözü kölgəlidir ki, yəqin, yeni məktuba da riayət edəcəklər. Özü də nəzərə almadan ki, məktubu onlara kim göndərib. Ənənəvi olaraq belə savadsız və qanunsuz məktubları Mərkəzi Bank adından baş direktor Rəşad Orucov göndərir. Dəfələrlə dediyim kimi, Mərkəzi Bankın qanuna əsasən bir idarəetmə orqanı var — İdarə Heyəti və müraciətləri də o etməlidir. Baş direktor adi işçidir, özü də Mərkəzi Bankda həmişə 3-4 baş direktor olur və kimin kimdən daha "baş" olması məlum da deyil. Düzdür, Rəşad Orucovun bir üstünlüyü var: Elman Rüstəmovun yaxın dostu Məmməd Musayevin ("Bank Mamed") kürəkəni və Rüstəmovun özü kimi savadsız və təsadüfi kadrdır. 

Доллары и манаты. Архивное фото - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank: manatın növbəti devalvasiyası barədə şayiələr əsassızdır

Nəhayət, məsələnin sonuncu — iqtisadi aspekti. 21 dekabr tarixində Mərkəzi Bank ikinci devalvasiyaya gedərkən bəyan etdi ki, bundan sonra manat üzəcək. Banklara məzənnə limiti müəyyən edilirsə, manat necə üzəcək? Qandallı şəxs üzə bilərmi? Bir neçə il əvvəl Mərkəzi Bank Bakı Banklararası Valyuta Birjasını ləğv etdi. Belə Birja, yəni bazar (hovuz) olmadan manat harada üzəcək?

Harada və necə üzəcəyi bəlli olmayan manatın taleyi hələ çox müəmmalıdır. O cümlədən bu taleyin kimlərin əlində olduğunu biləndə. Odur ki, özünüzdən və pulunuzdan muğayat olun!"

MƏRKƏZİ BANKIN MƏZƏNNƏ MƏKTUBU (hüquqi və qrammatik savadsızlığın zirvəsi)Dünən Mərkəzi Bank banklara mübadilə əmə…

Posted by Akram Hasanov on Cümə, 8 Yanvar 2016
Xəbər lenti
0