“Sürücülərdə nə hörmət qalıb, nə də mərifət”

© sputnik.az/ Pəri AbbaslıBakı, Səməd Vurğun küçəsi
Bakı, Səməd Vurğun küçəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Piyada Qurban Orucov: Qaydalara riayət edilmir. Ona görə hökumətin qərarını dəstəkləyirəm.

BAKI, 9 yan – Sputnik. Azərbaycanda yolayırıcında sağa və ya sola dönərkən yolu keçməkdə olan piyadaya yol verməyən sürücülərə qarşı cəzalar yüngülləşdirilir. Bu, Milli Məclis tərəfindən yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 151-3-cü (Piyada keçidində piyadaya yol verilməməsi) maddəsində təsbit olunub.

Yeni maddəyə əsasən, vahid bir maddədə piyadaya yol verməyən sürücü üçün məsuliyyət nəzərdə tutulur. Belə ki, məcəllə qüvvəyə minəndən sonra istər yolayırıcında dönərkən, istərsə də yolayırıcından kənarda nizamlanmayan keçiddə piyadaya yol verməyən sürücü 50 manat cərimə olunacaq. Buna görə də heç bir cərimə balı nəzərdə tutulmur. Yeni qanun mayın 1-dən qüvvəyə minəcək. 

Hazırda isə yolayırıcında sağa və ya sola dönərkən döndüyü yolu keçməkdə olan piyadaya yol verməyən sürücülər İXM-in 151.2-ci maddəsi üzrə yolayırıcını keçmə qaydalarını pozmaya görə 60 manat cərimə olunurlar və onlara 3 cərimə balı yazılır".

Paytaxtdakı sürücülərin çoxu isə İnzibati Xətalar məcəlləsinin son dəyişikliyindən xəbərsiz olduqlarını bildiriblər:

“Əlbəttə vahid qiymətin tətbiq olunması və cərimə balının ləğvi yaxşıdır. Amma 50 manat bu millət üçün ağırdır. Onsuz da böhrandır. Bu cərimələri nə ilə ödəyəcəyik?!. Cərimələr bir az aşağı məbləğlərlə olsa yaxşıdır”, — deyə sürücü Adil Əliyev Sputnik-ə açıqlamasında deyib.

Piyadalar isə sürücülərdən fərqli olaraq yeni qanundan məmnundur. Sputnik əməkdaşı ilə həmsöhbətində 72 yaşlı Qurban Orucov kobud sürücülərdən gileylənib:

“Səbrsiz sürücülər çoxalıb. Keçidi keçəndə qorxa-qorxa keçirəm. Avtomobil idarə edənlərdə nə hörmət qalıb, nə də mərifət. Qaydalara riayət edilmir. Ona görə hökumətin qərarını dəstəkləyirəm”.

Xəbər lenti
0